İmran Xan sağaldıqdan sonra etirazlara başlayacağını açıqlayıb

İmran Xan sağaldıqdan sonra etirazlara başlayacağını açıqlayıb

Pakistanda silahlı hücum nəticəsində yaralanan keçmiş baş nazir İmran Xan səhhəti bərpa olunan kimi etirazlara başlayacağını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Pakistan Ədalət Hərəkatı Partiyasının lideri Xan müalicə aldığı Lahorda Şövkət Hanum xəstəxanasında mətbuata açıqlama verib. Xan çıxışında Vəzirabada getməzdən bir gün əvvəl ona qarşı sui-qəsd planının olduğuna dair məlumat aldığını ifadə edərək, “Bunun baş nazir Şahbaz Şərif, daxili işlər naziri Rana Sanaullah və rəis müavininin planı olduğunu öyrəndim. Xidmətlərarası Kəşfiyyatın general-mayoru Faisal Nasir bu sui-qəsdi mənə bildirdi"-deyib.

Xan İslamabada yürüşə başlayanda bu insanların sıx iştirakını gördüyünü və bu səbəbdən öldürülmək istədiyini bildirib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə