Xerson alındıqdan sonra, yollar Krımadır?

Jdanov Xersonun azad edilməsindən sonra nə olacağını söyləyir
Xerson alındıqdan sonra, yollar Krımadır?

Hərbi ekspert Oleq Jdanov Xersonun itkisindən sonra Rusiya ordusu üçün dağıdıcı təsirin olacağını proqnozlaşdırır. Onun sözlərinə görə, ruslar Xerson vilayətinin sağ sahili uğrunda son gülləsinə qədər vuruşacaqlar. SİA bu barədə Ukrayna saytlarına istinad edir.

Beləliklə, Jdanov hazırda Dnepr çayının sağ sahilində, o cümlədən elə Xersonun özündə də rotasiya, yəni əvəzləmələr aparıldığını bildirir. Onun sözlərinə görə, ruslar onlara dəxli olmasa da, amma önəm kəsb edən bütün şeyləri, deyək ki, arxivləri özləri ilə şəhərdən çıxarırlar. Onlar hətta Milli Qvardiyanı da geri çəkirlər, çünki orda onlara lazım deyil. Amma onların yerinə desant qoşunları kimi döyüşə hazır hissələri gətirirlər.

Jdanova görə, Xersonu küçə döyüşlərinə hazırlayan ruslar şəhərə yeni gətirilən hərbçilərin əksəriyyətinə mülki geyim geyindirirlər. Niyə? Ona görə ki, bütün bunları video çəkəcək ruslar, sonradan dünyaya “yerli xersonlular”ın öz şəhərlərini ukraynalılardan necə qoruduqlarını dünyaya nümayiş etdirəcəklər. Yəni bu, Ukraynanın işğalına məruz qalan yerli sakinlərin müqaviməti kimi təqdim olunacaq.

Hərbi ekspertə görə, əslində bu rusların təcrübəsində birinci hal deyil.

Maraqlıdır, əgər Xerson Ukrayna qoşunları tərəfindən geri alınsa, görən bu halda ukraynanıların planı nə olacaq?

Yenə da Jdanova görə, Xerson azad edildikdən sonra Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətinə və Krıma gedəcək, “çünki Rusiyada cəbhə xətti artıq dağılacaq”.

Qeyd edək ki, hazırda cənubda Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları davam edir. Belə ki, ukraynalı qırıcılar düşmənin logistika marşrutlarına ardıcıl olaraq zərbələr endirirlər.

Buna cavab olaraq Rusiya on minlərlə təlim keçmiş və qismən səfərbər edilmiş döyüşçülərini Xerson istiqamətinə göndərir. Belə görünür ki, Kremlin planına görə, müdafiənin sıçrayışı zamanı döyüşə hazır bölmələri əhatə etməli olacaq. Eyni zamanda, ruslar Dnepr çayının sol sahilinə “evakuasiya etməyə” hazır olduqları barədə şayiələr də yaymağa başlayıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə