Türkiyədə ağır yol qəzası olub - çoxlu yaralı var

Türkiyədə ağır yol qəzası olub - çoxlu yaralı var

Türkiyənin İzmir şəhərinin Aliağa rayonunda avtobusla mikroavtobusun toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı ikisi ağır olmaqla 17 işçi yaralanıb. Qəza yerinə təcili tibbi yardım və polis qrupları sövq edilib.

Yaralılar hadisə yerində ilk müdaxilənin ardından Aliağa Dövlət Xəstəxanasına və Çiğli Dövlət Xəstəxanasına aparılıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə