Silahlı şəxs nəqliyyat vasitələrinin sürücülərini qarət etdi

Silahlı şəxs nəqliyyat vasitələrinin sürücülərini qarət etdi

Meksikanın paytaxtı Mexiko şəhərinin Santa Fe bölgəsində silahlı şəxs nəqliyyat vasitələrinin sürücülərini qarət edib. SİA xəbər verir ki, tıxacdan istifadə edən soyğunçu silah gücünə bir çox avtomobili qarət edib və avtomobildəkilərin qiymətli əşyalarını oğurlayıb. Həmin vaxt yolda olan digər vətəndaşlar da hadisənin görüntülərini lentə alaraq sosial şəbəkədə paylaşıblar.

Görüntülərdə silahlı şəxsin qara şalvar və boz sviter geyindiyi və silahı qırmızı rəngli avtomobilin sürücüsünə doğrultduğu, daha sonra əşyalarını götürərək qaçdığı əks olunub. Silahlı soyğunçunun neçə avtomobili qarət etdiyi məlum olmasa da, ticarət bölgəsi olan Santa Fe-dəki şirkətlər görüntülərin yayılmasından sonra işçilərinə ərazidən uzaq durmaları barədə xəbərdarlıq edib.

Vətəndaşların vəziyyəti Mexiko polisinə bildirdikdən sonra bölgəyə təhlükəsizlik qüvvələri göndərilib və quldurun hələ də tutulmadığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə