Finlandiyanın baş naziri bəraət alıb

Finlandiyanın baş naziri bəraət alıb

Finlandiyanın baş naziri Sanna Marin bu yaxınlarda ona qarşı qaldırılan və dünya ictimai rəyini də zəbt edən “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamı ilə bəraət qazanıb. SİA xəbər verir ki, Finlandiyanın baş naziri Sanna Marin ötən ilin avqustunda dostları ilə məclisdə oxuduğu və rəqs etdiyi görüntülərin sosial mediaya sızmasından sonra tənqid hədəfinə çevrilmişdi. Avqust ayında ortaya çıxan partiya görüntüləri səbəbiylə Finlandiyanın baş naziri Sanna Marinə qarşı rəsmi istintaq yekunlaşıb.

Ədliyyə kansleri Tuomas Pöysti deyib: "Baş nazirin öz vəzifələrini yerinə yetirərkən qeyri-qanuni hərəkət etdiyi və ya rəsmi vəzifələrinə etinasızlıq göstərdiyindən şübhələnmək üçün heç bir əsas yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə