Gürcüstanın Milli Təhlükəsizlik Şurası regiondakı vəziyyəti müzakirə edib
Gürcüstanın Milli Təhlükəsizlik Şurası regiondakı vəziyyəti müzakirə edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Baş nazir İrakli Qaribaşvilinin rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
Toplantıda qlobal və regional təhlükəsizlik mühitinin mühüm tendensiyaları və Gürcüstanın üzləşdiyi çağırışlar diqqət mərkəzində olub, milli səviyyəli konseptual sənədlərin yenilənməsi prosesi müzakirə olunub.
Bildirilib ki, bu ilin fevral ayına olan məlumata görə, milli təhlükəsizlik konsepsiyasının yekun variantı parlamentə təqdim edilməsi üçün hazır olsa da, kəskin şəkildə dəyişmiş təhlükəsizlik mühiti nəzərə alınaraq, sənəd üzərində yenidən işlənilir və mövcud standartlara uyğunlaşdırılır.
Sessiya iştirakçıları mühüm infrastrukturun mühafizəsi sahəsində islahatların gedişi və konseptual-hüquqi bazanın yaradılması prosesini də müzakirə ediblər. Onların arasında mühüm infrastruktur obyektlərinin sahəvi siyahılarının tərtibi prosesinə diqqət yetirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB