Rusiyalı turistlərin Finlandiyaya girişinə qoyulan qadağada vaxt məhdudiyyəti yoxdur.
SİA-nın əldə etdiyi məlumata görə, bunu prezident Sauli Niinistye bildirib və Helsinkinin hələlik onu ləğv etmək niyyətində olmadığını əlavə edib.
Niinistye görə, müvafiq qadağa lazım olduğu müddətdə qüvvədə olacaq. Və hələlik səlahiyyətlilərin onu ləğv etmək üçün heç bir əsası yoxdur.
Xatırladaq ki, Finlandiya Nazirlər Kabinetinin rusiyalı turistlər üçün sərhədi bağlamaq qərarı sentyabrın 30-da qüvvəyə minib. Eyni zamanda, məhdudiyyətlər humanitar səbəblərdən respublikaya daxil olan Rusiya Federasiyası vətəndaşlarına təsir göstərmir. Bundan əlavə, ailə, təhsil, iş və ya müalicə ilə əlaqədar sərhədi keçən Rusiya Federasiyası vətəndaşları üçün də istisnalar edilir.
Qeyd edəkki, Finlandiya Müdafiə Nazirliyi Rusiya Federasiyası vətəndaşları üçün daşınmaz əmlaka əlavə məhdudiyyətləri nəzərdən keçirəcək. Öyrənilən tədbirlər arasında ölkədə mülkiyyətə tam qadağa da daxildir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB