Zelenskidən petisiyaya dəstək

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya vətəndaşlarına Ukrayna ərazisində hər hansı yaradıcılıq fəaliyyəti ilə məşğul olmağı qadağan edən petisiyanı dəstəkləyib.

SİA bu barədə Ukrayna saytlarına istinad edir.

Ukrayna prezidenti rusiyalı rəssamlar üçün mövcud məhdudiyyətləri xatırladıb və əlavə edib ki, o, baş nazir Denis Şmıqala müraciətdə qaldırılan məsələlərin araşdırılması və müvafiq cavab tədbirləri görülməsi barədə göstəriş verib.
Xatırladaq ki, oktyabrın sonunda ölkə hakimiyyəti Ukrayna xüsusi xidmət orqanlarının təşəbbüsü ilə 12 rusiyayönlü partiyanın fəaliyyətinə qadağa qoyub.

Qadağan olunmuş təşkilatlardan sonuncusu isə Ukrayna Sosialist Partiyası olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə