Xəbər verildiyi ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qolabiafın Azərbaycana səfəri təxirə salınıb.
SİA-nın da əldə etdiyi məlumata görə, bu barədə məlumat verən İranın Bakıdakı səfirliyi Qalibafın ziyarətinin daha uyğun bir zamanda baş tutacağını bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub və İran XİN rəhbəri Qalibafın tezliklə Azərbaycana səfər edəcəyinin anonsunu verib.
Amma, deyim ki, ermənilər bütün bunları elə...“ermənifason” da yozmağa can atıblar. Məsələn, erməni saytlarının yazdığına görə, İran parlamenti sədrinin Bakıya “gəlməməsini” guya son vaxtlar Bakı ilə Tehran arasında münasibətlərin kəskinləşməsi və Azərbaycan Silahlı Qüvvələrinin İran sərhədində keçirdiyi hərbi təlimlərlə bağlıdır.
Maraqlıdır ki, erməni saytları ermənilərin “İran əhli üçün önəmli” olduğunu da “diqqətdən kənar qoymaq istəmirlər.
Belə ki, onlar Ermənistan parlamentinin mətbuat xidmətinə istinadən yaydığı məlumatı önə çəkirlər. Beləliklə, ermənilərin dediyinə görə, İrəvandan səfər dəvəti alan Qolibaf bu dəvəti “çox sevinclə” qəbul edib.
Amma nə təəssüflər ki, İran parlamenti rəhbərinin İrəvana mümkün səfərinin tarixi hələ də dəqiqləşdirilməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB