Rusiya İrandan ballistik raketlər alırmı?

Ukrayna kəşfiyyat İrandan daha 200 pilotsuz təyyarənin Rusiyaya yollandığını bildirib
Rusiya İrandan ballistik raketlər alırmı?

“Hazırda Rusiyaya İranın ballistik raketlərinin gətirilməsi barədə heç bir dəlil yoxdur”.

SİA əldə etdiyi məlumata istinadən bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov məlumat verdiyini bildirir.

Onun sözlərinə görə, kəşfiyyatda yalnız Rusiya ilə İran arasında ballistik raketlərin tədarükünə dair müqavilələrin bağlanması ilə bağlı məlumatlar var.

İranın artıq Rusiyaya min ballistik raket ötürməsi ilə bağlı məlumatın təsdiqlənib-təsdiqlənmədiyini soruşduqda, Ukrayna kəşfiyyatının nümayəndəsi bağlanmış müqavilələrin təsdiqinin, bütün lazımi razılaşmaların olduğunu bildirib.

Yusovun dediyinə görə, bu gün mindən artıq partiyanın baş tuta biləcəyinə dair təsdiq var, bunlar təkcə raketlər deyil, müxtəlif silahlardır. İlk partiyada İrandan 200 pilotsuz uşan aparatın göndəriləcəyi ehtimal olunur. Əslində buna ehtimal da demək olmaz, çünki bu artıq təsdiqlənmiş məlumatdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə