Stoltenberq Çanaqqala şəhidlər abidəsini ziyarət etdi

Stoltenberq Çanaqqala şəhidlər abidəsini ziyarət etdi

Türkiyedə rəsmi səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq Milli Müdafiə naziri Hulusi Akar ilə bir araya gəlib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Hulusi Akar ilə Baş katib Yens Stoltenberq Çanaqqala şəhidlər abidəsini ziyarət edib, tarixi Gelibolu yarımadasını gəzib.

Nazir Akar Stoltenberqə Çanaqqala müharibələri (1915-1916) haqqında məlumat verib. Təmsili şəhidliklə naməlum əsgər abidəsinə qərənfil qoyduqdan sonra Seddülbahirə keçən Akar və Stoltenberq əvvəlcə Fransız Abidəsini, daha sonra İngilis Birlik, körfəzdəki Conkbayırı Atatürk Zəfər və Yeni Zelandiya abidələrini ziyarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə