İndi ruslar 70 yaşadək vəzifədə qala biləcəklər

İndi ruslar 70 yaşadək vəzifədə qala biləcəklər

Rusiya prezidenti Vladimir Putin bir sıra işçi kateqoriyaları üçün dövlət qulluğunda yaş həddini 65-dən 70-ə qaldıran qanun imzalayıb. Sənədə əsasən, bu, xüsusilə, Dövlət Dumasının və Federasiya Şurasının aparatında, regional hakimiyyət orqanlarında əsas vəzifələr qrupunun “rəhbərləri” kateqoriyasına aiddir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qulluq müddətinin uzadılması üçün dövlət qulluqçusunun özünün razılığı tələb olunur.

Onu da əlavə edək ki, dövlət qulluğuna qəbulun yuxarı yaş həddi 65-dir. Keçən il isə bəzi dövlət qulluqçularının xidmət müddətinin 70 ilə qədər uzadılması ilə bağlı düzəlişlər qəbul edilib. Amma sonra söhbət ən yüksək postlar qrupunun “liderlərindən” gedirdi.

Qeyd edək ki, qanun dərc edildiyi gündən 10 gün sonra qüvvəyə minəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə