Almaniyanın Xarici işlər naziri Annalena Baerbok G7 ölkələrinin Ukraynaya qış yardımı etmək üçün koordinasiyalı hərəkətə keçdiyini açıqlayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Almaniyanın xarici işlər naziri Annalena Baerbok, Münsterdə keçirilən G7 Xarici işlər nazirlərinin görüşündən əvvəl verdiyi açıqlamada: “Biz G7 tərəfdaşlarımızla Ukraynaya qış yardımı edəcəyik. Bir çox başqa ölkə də bu yardımı dəstəkləyəcək. Bu yardım ilə beynəlxalq hüququn pozulmasını, Rusiya prezidentinin Ukraynanı parçalamaq strategiyasını qəbul etmədiyimizi daha bir dəfə göstərəcəyik”.
Rusiya prezidenti Vladimir Putini Ukraynanın enerji infrastrukturuna edilən hücumlara görə daha da qeyri-insani davranmaqda ittiham edən Baerbok, G7 ölkələrinin yaşlıların, uşaqların və gənc kütlələrin aclıqdan və soyuqdan ölməsinə icazə verməyəcəyini vurğulayıb.
Çin məsələsinə də toxunan Baerbok, Çinin beynəlxalq məsələlərdə təkcə tərəfdaş yox, rəqib də olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB