Türkiyənin İzmir şəhərində iki nəfərin xəsarət alması və dağıntı ilə nəticələnən zəlzələ olub. SİA xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu tviter hesabında yazıb. “(Yerli vaxtla-red) Saat 3:29-da İzmirin Buca rayonunda baş verən 4,9 bal gücündə zəlzələdə indiyədək heç bir insan itkisi qeydə alınmayıb”, - nazir qeyd edib. Onun sözlərinə görə, zəlzələ zamanı təlaşa düşən iki nəfər xəsarət alıb, məscidin minarəsi zədələnib.
"Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək”, - nazir sosial şəbəkə hesabında qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB