Yunanıstan lideri Katerina Sakellaropulou Kiyevdə ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlar aparıb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, danışıqlardan sonra mətbuat konfransı zamanı Sakellaropulou, Yunanıstanın hakimiyyət orqanlarının Rusiyanın zəbt etdiyi Ukrayna ərazilərini heç vaxt tanımayacağını bildirib.
Yunanıstan lideri, Ukrayna tərəfinə dəstək və həmrəy olduğunu bildirib. Onun sözlərinə görə, Rusiyanın hücumu liberal demokratiyaya və Avropa dəyərlərinə meydan oxumaqdır.
Sakellaropulou hesab edir ki, Avropa İttifaqı və beynəlxalq ictimaiyyət təhlükəsizlik və sabitliyi revizionizmə qarşı müdafiə etməlidir. O, bir daha qeyd edib ki, Afina heç vaxt Rusiyanın tətbiq etməyə çalışdığı Ukrayna ərazilərinin qanunsuz ilhaqını tanımayacaq.
Yunan prezident bildirib ki, Yunanıstan Avropa İttifaqının tətbiq etdiyi bütün anti-Rusiya sanksiyalarını təsdiqləyib və tam icra edir. Bundan əlavə, Afina Avropa Şurasının Ukraynaya Avropa İttifaqına namizəd ölkə statusu verilməsi barədə qərarını dəstəkləyib. Yunanıstan Kiyevə humanitar yardım, eləcə də müdafiə ləvazimatları göndərib.
Yunan lider silahların Aleksandrupolis vasitəsilə Ukraynaya daşındığını da bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB