Ginnesin Rekordlar Kitabına düşən yeni əsər...

Ginnesin Rekordlar Kitabına düşən yeni əsər...

Meksikanın Puebla əyalətində yerləşən Zakatlan şəhərində hər il ənənəvi olaraq qeyd olunan "Ölülər Günü" üçün çəkilmiş 206,44 kvadratmetrlik mozaika rəsmi Ginnesin Rekordlar Kitabına düşüb. Ginnesin Rekordlar Kitabı tərəfindən verilən rəsmi açıqlamaya görə, tablo dünyanın çörəkdən hazırlanmış ən böyük mozaika tablosu olma xüsusiyyətinə malikdir.

Rəsmin hazırlanmasında hər biri 50 qram, diametri 10 santimetr olan 20 min 689 ədəd rəngli çörəkdən istifadə edildiyi, çörəkçilərin bütün çörəkləri bişirmək üçün 2 həftə gecə-gündüz çalışdıqları bildirilib. Çörəklərin də 100 faiz təbii materiallardan hazırlandığı, rəngləmə üçün qəhvə və güllərdən alınan təbii boyalardan istifadə edildiyi bildirilib.

Guinness sərgidən sonra çörəyin qidalanmaq üçün ətrafdakı 40 fermada heyvanlara paylanacağını da açıqlayıb və rəsmin 22 noyabr 2022-ci ilə qədər sərgilənəcəyini bildirib.

Qeyd edək ki, Meksikada hər il oktyabrın 27-dən noyabrın 3-dək qeyd olunan "Ölülər Günü"ndə insanlar yaxınlarını yad etmək üçün qəbiristanlıq ziyarətləri, paradlar kimi müxtəlif tədbirlər təşkil edirlər. "Ölülər Günü" Meksikada, eləcə də digər Latın Amerikası ölkələri, İspaniya və ABŞ-da qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə