Roma Papası dünyaya səsləndi: "Silahları susdurun"

Roma Papası dünyaya səsləndi: "Silahları susdurun"

Bəhreynə səfər edən Roma Papası Fransisk dünyaya çağırış edib. SİA xəbər verir ki, Bəhreyn dövlət televiziyasının Vatikan Radiosunun verdiyi xəbərə görə, Roma Papası Fransisk paytaxt Manamadakı Sahir sarayında kral Həmed bin İsa Əl Xəlifə ilə görüşdən sonra açıqlama verib.

İlk rəsmi səfərini Bəhreynə edən Roma Papası Fransisk deyib: “Mən buraya (Bəhreynə) sülh ümidlərini artırmaq və insanların sülh içində yaşaması üçün təşkil edilən Şərq-Qərb Dialoq Forumunda iştirak etmək üçün gəlmişəm”.

Ekoloji problemlərin "təcili və kədərli" olduğunu bildirən Papa Fransisk, "Gec olmadan və gələcək nəsilləri təhdid etmədən əməli və uzunmüddətli tədbirlər görülməlidir" dedi.

Papa Fransisk Yəməndə hökumət qüvvələri ilə Husi milisləri arasında 7 ildir davam edən qarşıdurmalara görə Yəmən xalqının “unudulmuş müharibədən əziyyət çəkdiyini” vurğulayıb. “Silahların məntiqini rədd etmək lazım olduğunu” vurğulayan Fransisk, “Etiraz edirəm: Silahlar sussun və özümüzü hər yerdə səmimiyyətlə sülhə həsr edək” ifadələrindən istifadə edib.

Kral Hamed bin İsa Əl Xəlifə isə fevral ayından bəri davam edən Ukrayna-Rusiya müharibəsinin dünyaya iqtisadi, siyasi və təhlükəsizlik baxımından mənfi təsir etdiyinə diqqət çəkərək, müharibənin dayandırılmasına çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə