Onun cəmi 12 yaşı var, lakin doktoranturaya hazırlaşır - Balaca Eynşteyn
Belçikanın sahilyanı Ostende şəhərində anadan olan və qısa zamanda istedadına görə təhsil həyatının pillələrini sürətlə addımlayan 12 yaşlı Laurent Simons-un magistratura təhsilini başa vurduğu və hazırlığa başladığı açıqlanıb. SİA xəbər verir ki, Almaniyada fizika üzrə doktorantura hazırlığına başladığı bildirilən Simonsun həyatından bəhs edən filmin də çəkiləcəyi iddia edilib.
Bildirilib ki, “Kiçik Eynşteyn” kimi tanınan Simons 145 İQ-ya malikdir və bu səviyyə məşhur fiziklər Albert Eynşteyn və Stefan Hokinqə yaxındır. İlk dəfə 9 yaşında universitetə başlayan və 11 yaşında məzun olan dahi ali təhsilini 12 yaşında ortalama 88 balla başa vurub.
Simons verdiyi açıqlamada bunları deyib: "Mən xüsusi səy göstərmirəm. Görürəm ki, məsələləri mənimsəmişəm. Mən necə belə ağıllı bir insan olduğumu bilmirəm".
Simonsun təhsili üçün çox fədakarlıq etdiyini deyən valideynləri Lidiya və İskəndər övladlarının böyük kəşflər edəcəyinə inanırlar. Cütlük oğullarının bəşəriyyətin xeyrinə olan layihələrdə yer alması və faydalı ixtiralar etməsi üçün hər cür dəstəyi verəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB