Türk əsgəri paraşüt qəzasında şəhid olub

Türk əsgəri paraşüt qəzasında şəhid olub

Türkiyənin Ankara şəhərinin Gölbaşı səmtində paraşütlə atlama zamanı baş verən qəzada Astsubay Baş Çavuş Özkan Dəmir şəhid olub. SİA xəbər verir ki,

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bunlar qeyd olunub: “Bizə dərin ağrı və hüznlə yaşadan bu hadisədə həyatını itirən şəhidimizə, ailəsinə Allahdan rəhmət diləyir, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyirik”.

Milli Müdafiə naziri Hulusi Akar, nazirliyin sosial media hesabında paylaşdığı başsağlığı mesajında ​​bunları deyib: “Öz adımdan və Milli Müdafiə Nazirliyinin üzvləri adından qəhrəman şəhidimizə Allahdan rəhmət, mərhumun ailəsinə və soylu millətimizə başsağlığı, səbr diləyirəm”.

"Səni torpağa deyil, ürəyimizə basdırdıq. Ölkə sənə minnetdar" qeydi ilə yayımlanan mesajda şəhid Dəmirin fotosu da yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə