İranda məscidin imamı qətlə yetirilib

İranda məscidin imamı qətlə yetirilib

İranın Sistan-Bəlucistan vilayətinin inzibati mərkəzi olan Zahedan şəhərinin böyük məscidinin imamı Höctülislam Səccad Şəhraki silahlı şəxsin hücumuna məruz qalıb. SİA vilayətin polis idarəsinin rəisi Əhməd Tahirinin açıqlamasına istinadla xəbər verir ki, imam məscidin qarşısında güllələnərək qətlə yetirilib. Rəis bildirib ki, üzləri bağlı olan 2 nəfər “Prayd” markalı avtomobillə məscidin qarşısında imamı gözləyiblər. İmam məsciddən çıxarkən başından və sinəsindən aldığı güllə yarasından yerində keçinib.

Baş vermiş hadisə ilə əlaqədar vilayətin polis idarəsi tərəfindən cinatəy işi qaldırılıb və təcili olaraq əməliyyat axtarış tədbirlərinə başlanıb.

Bununla yanaşı, Kərəc şəhərində etirazçılar bir nəfər “Bəsic” üzvünü qətlə yetiriblər. İranın Ali Rəhbəri və Prezidenti şəhid olan “Bəsic” üzvünün ailəsinə baş sağlığı verib.

Sentyabrın əvvələrində Tehranın əxlaq polisi tərəfindən 22 yaşlı Məsha Əmininin baş örtüyünü düzgün örtmədiyinə görə zorakılığa məruz qalaraq ölməsindən sonra İranda kütləvi aksiyalar başlayıb. Paytaxt Tehranda etiraz edənlərin sayı azalsa da vilayətlərdə etirazlar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə