Bu barədə bir qədər əvvəl də məlumat verilmişdi. Bir müddət əvvə baş naziri olduğu ölkəsində onun kortejinə atəş açılaraq İmran Xanı yaralayıblar.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, naməlum şəxs tərəfindən sabiq baş nazirə açılan atəşin ölkənin paytaxtı İslamabaddan təxminən 200 kilometr aralıda yerləşən Vəzirabad şəhərində həyata keçirildiyi bildirilir.
Qeyd edək ki, Xan və onun partiya yoldaşları ölkə üzrə seçki turundadırlar. Xanın tərəfdaşlarının verdiyi məlumata görə, hücum nəticəsində bir neçə nəfər yaralanıb, bir nəfərin öldüyü barədə təsdiqlənməmiş məlumatlar da var.
Sabiq baş nazirin özü ayağından yaralanıb, xəstəxanaya yerləşdirilib, həyatına heç bir təhlükə yoxdur. Hazırkı hökumət başçısı Şehbaz Şərif hücumu pisləyib və bununla bağlı araşdırma aparılmasına göstəriş verib.
Qeyd edək ki, İmran Xan bu ilin apreldə parlamentdə etimadsızlıq səsi aldıqdan sonra istefaya göndərilib. İndi o, müxalifətə rəhbərlik edir. Son zamanlar Xan və tərəfdarları İslamabada yürüş etməyə hazırlaşırlar. Onlar bunun dinc aksiya olduğunu da iddia edirlər.
Yeri gəlmişkən, ölkə məhkəməsi Xanın gələn il keçiriləcək seçkilərdə iştirakını qadağan etsə də, lakin onun tərəfdarları fəal şəkildə təbliqat aparırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB