Lavrov BƏƏ-yə səfər edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. SİA bu barədə rus saytlarına istinad edir.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ölkəyə gəldikdən sonra əmirlik həmkarı Şeyx Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb. Qeyd edək ki, Lavrov sonuncu dəfə ötən il Fars körfəzi ölkələrinə turne çərçivəsində bu ölkəyə gəlmişdi.

Bundan əvvəl Lavrov İordaniyanın xarici işlər naziri Ayman Hüseyn Abdulla əl-Səfadi ilə görüşdən sonra Moskvanın konsensusa nail olmaq və Ukrayna böhranının həlli üçün danışıqlar prosesinə başlamaq səylərinin aprel ayından əngəlləndiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə