Türkiyənin terrorla mübarizəsi davam edir

Türkiyənin terrorla mübarizəsi davam edir

Suriyanın şimalında "Fərat Qalxanı" əməliyyatının keçirildiyi bölgəyə hücum edən bölücü terror təşkilatı PKK/YPG üzvü olan 3 terrorçu zərərsizləşdirilib.

SİA xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin sosial media hesabından edilən paylaşımda deyilir.

"Qəhrəman əsgərlərimiz təcavüz atəşi açan terrorçuları peşman etdi. Suriyanın şimalında "Fərat Qalxanı" əməliyyatı bölgəsinə hücum edən 3 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Terrorla və terrorçularla mübarizəmiz effektiv və qətiyyətlə davam edəcək!" ifadələrindən istifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə