Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görkəmli layihələr arasında yer alan Türkiyənin yerli avtomobili TOGG-un görüntülərini sosial mediada paylaşaraq yazıb: “Budur fabrik. Budur istehsala başladığımız ilk ağıllı cihaz. Budur Cümhuriyyətimizin yeni əsrinin ilk qığılcımı. Budur Türkiyə əsri.”
SİA-nın əldə etdiyi məlumata görə, Prezident Ərdoğanın sürdüyü avtomobildə TOGG şirkətinin baş direktoru Mehmet Gürcan Karakaş ona maşının üstünlükləri haqqında ətraflı məlumat verib.
Avtomobildə R.T.Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan da olub.
Yol boyu Ərdoğan cütlüyünü Türkiyə klassik musiqisi əsərləri müşayiət edib.
Xatırladaq ki, oktyabrın 29-da prezident Ərdoğan TOGG-un kütləvi istehsalının həyata keçirildiyi TOGG Gemlik Korpusunun açılış mərasiminə bu avtomobillə gəlmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB