Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyada hərbi çağırışdan yayınanların cəzasını gülünc adlandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə o, Telegram kanalında yazıb.
“Mən gözlənilən cəzadan narazıyam. Bir neçə yüz min cərimə və ya 5 il həbs nə qədər gülünc rəqəmdir? Yəni, cəsur və qorxmaz oğlanlarımız cəbhə xəttində öz həyatlarını riskə atarkən, qaçanlara kamerada oturmaq üçün gözəl fürsət verəcəyik? Və biz yenə də dövlət hesabına onları yedizdirəcəyik?”-deyən Kadırov cəza seçiminin ön cəbhədə olan əsgər və zabitlərə verilməsini təklif edib.
Ramzanın fikrincə, bu, “bəzi sabit cərimə” olmamalıdır. Kadırov qeyd edib ki, qaçan şəxsin dövlətdən təhsil, müalicə, sosial müavinət və maaş kimi hansı yardımı aldığını hesablamaq lazımdır. Ramzana görə, bu halda adekvat cərimə bu məbləğin ən azı 50 faizini ödəməkdən yayınan şəxs tərəfindən ödəniləcək, sonra isə xəndəklərin qazılmasında iştirak edəcək.
Kadırov belə insanlarla “yaxınlıq etməməyi” məsləhət bilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB