Yapon avtomobil markası “Infiniti” Rusiya bazarını tərk etmək qərarına gəlib. SİA xəbər verir ki, bu barədə şirkətin Rusiya nümayəndəliyinin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir.
“Bu gün biz sizə “Sayonara” demək istəyirik – yapon dilində bu, “əlvida” deməkdir”, - şirkət Yaponiyanın vəziyyəti qəbul etmək müdrikliyini xatırladaraq bildirib.
Əlavə edirik ki, “Infiniti” 2022-ci il martın 9-da Rusiya Federasiyasına yeni avtomobillərin tədarükünü dayandırmaq qərarına gəlib. Yapon markasının Rusiyada öz istehsalı yox idi: modellər bir sıra ölkələrdən gətirildi.
Beləliklə, onlar Rusiyada krossoverlər və yolsuzluq avtomobilləri satırdılar: QX50, QX55 və QX80.
Şirkət həmçinin QX60 modelinin satışına başlamağı da planlaşdırırdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB