Xarici şirkətlərin təxminən 42 faizi Rusiya bazarından çıxıb

Xarici şirkətlərin təxminən 42 faizi Rusiya bazarından çıxıb

Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq xarici şirkətlərin təxminən 42 faizi Rusiya bazarından çıxdığını elan edib, daha 40 faizi isə işləməyə davam edir. Qalan 18 faiz isə ölkədə fəaliyyətlərini dayandırmasalar da amma məhdudlaşdırıblar.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, 2022-ci ilin oktyabr ayının sonuna 1271 şirkət Rusiya bazarını tərk edib.

Böyük Britaniya, İrlandiya, Litva, Polşa, Finlandiya və Çexiya şirkətləri Rusiyada mövcud olan bütün müəssisələrin 60 faizini ən kütləvi şəkildə tərk edirlər. Bundan əlavə, Amerika firmalarının 53 faizi və Macarıstan, Almaniya, İtaliya, Fransa və Yaponiya müəssisələrinin 30 faizə qədəri ölkəni tərk edib.

Qeyd edək ki, Rusiya bazarından əsasən İT və konsaltinq, eləcə də onlayn xidmətlərlə bağlı firmalar yoxa çıxıb. Bununla yanaşı, kənd təsərrüfatı sahəsində müəssisələrin 91 faizi, əczaçılıq sahəsində 88 faizi, metallurgiya sahəsindəki müəssisələrin 79 faizi Rusiyada işləmək üçün qalıblar.

Ayrılan və gedən şirkətlərin illik Rusiya gəliri təqribən 120 milyard dollar olub və onlar 673 min yerli rusu işlə təmin ediblər. Qalan firmalar Rusiyada təqribən 175 milyard dollar qazanır və 603 min nəfəri işlə təmin edib.

Onu da xatırladaq ki, Rusiyadan ayrılacaqlarını elan edən ən böyük şirkətlər Volkswagen, Renault, Toyota və Daimler, həmçinin Apple və Pepsi şirkətləridir. Qalan ən böyük şirkətlər isə Leroy Merlin, OSTC Group, Auchan və KIA Motorsdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə