Cənubi Afrikada mədəndə 21 cəsəd tapılıb

Cənubi Afrikada mədəndə 21 cəsəd tapılıb

Cənubi Afrikanın Yohannesburq yaxınlığında yerləşən Krugersdorp bölgəsində iki qızıl mədənində qanunsuz şaxtaçılara aid olduğu güman edilən 21 cəsəd tapılıb.

Krugersdorpda mədən şaxtasında 19, başqa bir şaxtada isə iki cəsəd tapılıb.

SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Polis sözçüsü briqada generalı Brenda Muridili bildirib ki, mövcud dəlillər bir-birinə yaxın bu iki açıq şaxtada tapılan 21 cəsədin başqa yerdən buraya daşınmış ola biləcəyini göstərir.

“Cəsədlər bölgədə qanunsuz qızıl axtaranlara aid ola bilər. Hazılda heç bir cinayət şübhəsi yoxdur. Onların ölüm səbəbləri yarılmadan sonra müəyyənləşəcək”-Muridili bildirib.

Qeyd edək ki, Krugersdorp ölkənin zəngin qızıl mineral ehtiyatlarının əhəmiyyətli bir hissəsinə ev sahibliyi edir. “zama zama” adlanan qeyri-qanuni mədənçilər ərazidə aktiv fəaliyyət göstərirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə