Səfərbərliyin ikinci dalğası Yeni ildən sonra olacaq?

Səfərbərliyin ikinci dalğası Yeni ildən sonra olacaq?

Kreml Rusiyada səfərbərliyin başa çatdığını deyir?

Amma belə deyilmir. Bu gün böyük ehtimallarla, Yeni ildən sonra səfərbərliyin ikinci dalğasının başlaya biləcəyini deyirlər.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Rusiyanın bəzi rəsmi nümayəndələri səfərbərliklə bağlı ikinci mərhələyə artıq hazırlıq getdiyini bildiriblər. Belə ki, bu, Yeni ildən dərhal sonra, payız çağırışı başa çatanda başlaya bilər.

Qeyd edək ki, Rusiyanın hakimiyyətinin nümayəndələri, o cümlədən müdafiə naziri və prezidenti oktyabrın sonunda “səfərbərlik tədbirlərinin başa çatdığını” elan ediblər.

Onların sözlərinə görə, 300 min nəfər səfərbərlik üçün orduya çağırılıb və bundan sonra heç bir yeni çağırışlar olmayacaq. Lakin maraqlıdır ki, səfərbərlik elan edilməsi haqqında fərman hələ də ləğv edilməyib.

Bu arada hüquqşünaslar vurğulayırlar ki, insanların artıq hərbi xidmətə çağırılmayacağı ilə bağlı şifahi məlumatların heç bir hüquqi qüvvəsi yoxdur və hakimiyyət istənilən vaxt “səfərbərlik tədbirləri”ni bərpa edə bilər.

Yeri gəlmişkən, bu gün bir sıra Rusiya KİV-ləri açıq mənbələrə əsaslanan hesablamalarına görə, səfərbərlik elan edildikdən sonra döyüşlərə göndərilənlər arasında artıq 100-dən çox həlak olan var.

Deyilənlərə görə, onların əksəriyyəti Ukraynada cəbhədə, bəziləri isə ona çatmamış təlim məntəqələrində olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə