Qərbin “Putinin dostları” arasında amerikalı milyarder İlon Mask, ABŞ-ın keçmiş prezidenti Donald Tramp, “Fox News” telekanalının aparıcısı Taker Karlson, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni və Almaniyanın keçmiş kansleri Gerhard Şröder var.
SİA xəbər verir ki, bunu PolitRussia Business Insiderin köşə yazarı Kelsi Vlamisin müəyyən edib.
Nəşrdə qeyd edilir ki, Ukraynada silahlı münaqişənin başlaması ilə Kreml Rusiyanın xüsusi hərbi əməliyyata cəlb olunmasının səbəblərini Qərb ictimaiyyətinə çatdırmağa çalışıb. Məqalədə vurğulanır ki, ABŞ və Avropa İttifaqı rəsmiləri dərhal Kremlin nöqteyi-nəzərini damğalayıb, bunu təbliğat adlandırıblar. Lakin bütün bunlara baxmayaraq, Qərbin beş nüfuzlu siması bir anda Moskvanın mövqeyini bölüşdü və bununla da Rusiya prezidenti Vladimir Putinə yardım göstərmiş oldular.
Beləliklə, “Putinin dostları” arasında birinci milyarder İlon Maskı göstərilir. Qeyd edək ki, amerikalı iş adamı Rusiya və Ukrayna arasında sülh danışıqları ilə bağlı öz vizyonunu təklif edib. Belə ki, o Mask Krımın tanınmasına və Ukrayna dövlətinin neytrallığını qorumağa çağırıb.
Nəşrin jurnalisti ABŞ-ın keçmiş prezidenti Donald Trampı Qərbdə Putini dəstəkləyən ikinci nüfuzlu şəxs adlandırıb. Fevralın 24-də Ukraynada əməliyyata başlayandan sonra dünyanın əksər hissəsi Rusiyanı pisləsə də, Tramp Putinin bu əməliyyatının məntiqini “parlaq” və “bacarıqlı” adlandırıb.
Üçüncü “Putinin dostu”, nəşr müəllifinin fikrincə, nüfuzlu “Fox News”un aparıcısı Taker Karlsondur. “Demokratlar sadəcə olaraq Putinə nifrət edirlər, NATO isə Rusiyanın mövcudluğunu istəmir. Qeyd edək ki, bu fikirlər Karlsona məxsusdur.
Qərbdə Putinin tərəfində olan ən nüfuzlu şəxslər arasında dördüncü olan nəşrin köşə yazarı İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni adlandırıb. Maraqlıdır ki, o, Ukrayna prezidenti Vladimir Zelenskini başlayan böhranda günahkar hesab edir.
Nəhayət, Almaniyanın keçmiş kansleri Gerhard Şröder “Putinin dostları” siyahısında beşincidir. Nəşrin qeyd etdiyi kimi, Almaniya mətbuatına müsahibəsində Şröder bildirib ki, Qərb Rusiyanın düşmən dövlətlərin əhatəsində olmaqdan əsl qorxusunu lazımınca etiraf etməyə borcludur.
Yeri gəlmişkən, avqustun 10-da ABŞ-ın NATO-dakı keçmiş nümayəndəsi İvo Daalder, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putinlə dostluq münasibətləri olan Alyansın yeganə üzvü dövlət başçısı olmadığını bildirib.
“Politico”da dərc olunan məqaləsində o qeyd edib ki, ölkənin başında Putinin “dostlarına” aid edilə bilən ən azı bir başqa siyasətçi də var, amma…
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB