Böyük Britaniya daha 4 rusiyalı oliqarxı sanksiya siyahısına salıb
Britaniya hökuməti bu barədə açıqlama yayılıb. Bildirilib ki, sanksiya tətbiq ediləcək adlar siyahısına polad istehsalçısı, “Evraz”ın keçmiş top-menecerləri Aleksandr Qriqoryeviç Abramov və Aleksandr Vladimiroviç Frolov da əlavə edilib.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiyanın “OAO Tatavtodor” nəqliyyat və tikinti şirkətinin baş direktoru və Direktorlar Şurasının üzvü Ayrat Mintimeroviç Şaymiyev və “AO TAIF” Şirkətlər Qrupunun baş direktoru Albert Kaşafoviç də Böyük Britaniyanın sanksiya siyahısındadır.
Hökumətin sanksiya qərarı çərçivəsində 4 oliqarxın ölkəyə girişinə qadağa qoyulub və onların bütün aktivləri dondurulub.
Bəyanatda fikirləri yer alan Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli "Bu gün Putinə güvənən və qarşılığında onun döyüş maşınına maliyyə verən 4 oliqarxa qarşı sanksiyaları təsdiq edirik", - deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB