Buryatiyadan olan jurnalist Yevgeniya Baltatarova Almatı hava limanında saxlanılıb. O, Rusiya ordusu haqqında saxta məlumatların yayılması maddəsi ilə iki cinayət işi ilə ittiham olunur.
SİA bu barədə rus saytlarına istinad edir.
Baltatarova Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin (DTK) əməkdaşları tərəfindən pasport nəzarəti zonasında saxlanılıb. Jurnalist işgüzar görüş üçün Bişkekə uçacaqmış.
“Qazaxıstandan çıxmaqla bağlı məhdudiyyətim var. Sadəcə hansı əsasla əmin deyiləm. Məni tuturlar, müvəqqəti saxlama təcridxanasına aparacaqlar”.
Qeyd edim ki, bunu Baltatarova həbsdə olarkən deyib.
Jurnalist həmçinin İstintaq Komitəsinin Buryat departamentinin axtarışına dair qərarın və Ulan-Ude məhkəməsinin qiyabi həbslə bağlı iyul qərarının surətini də dərc edib.
Xatırladaq ki, Baltatarova siyasətçi Maksim Katsın tvitini mətnlə repost etməkdə ittiham olunur: “Nə dəhşətdir. Onlar Mariupoldakı dram teatrına hava bombası atıblar və uşaqlar orada gizləniblər. Hələlik neçə nəfərin öldüyü məlum deyil, amma görün bombalamadan əvvəl orada neçə uşaq olub”.
Bundan əlavə, jurnalist Ukraynanın Buça şəhərində dinc əhalinin qətliamına dair guya “saxta” xəbər yaymaqda da ittiham olunurdu.
Hazırda Baltatarova, özünün dediyinə görə, hərbi “saxta”ların yayılmasında ittiham olunaraq həbs edilib və Almatıdakı təcridxanaya aparılıb. Onun Ulan-Ude məhkəməsinin qiyabi həbs etdiyi Rusiyaya göndərilib-göndərilməyəcəyi hələ də bəlli deyil.
Onu da xatırladaq ki, Baltatarova 2022-ci ilin martında Rusiyada axtarışa verildikdən sonra ölkəni tərk edib.
Oktyabrın 7-də Rusiya Ədliyyə Nazirliyi Baltatarovanı “xarici agent” elan edib və onu fiziki şəxslərin reyestrinə daxil edib.
Yeri gəlmişkən, bundan əvvəl Qazaxıstan hakimiyyəti cinayət işi üzrə beynəlxalq axtarışa verilmiş vətəndaşları Rusiyaya ekstradisiya edəcəklərini açıqlamışdı. Əgər Yevgeniya Baltatarova ekstradisiya olunarsa, bu halda onu Rusiya ordusu haqqında “yalan xəbər” yaydığına görə 15 ilə qədər həbs gözləyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB