Ötən günlərin birində Çexiya televiziyasına verdiyi aşıqlamasında Krıma istirahətə getmək arzusunda olduğunu gizlətməyən Ukrayna prezidenti Vladimir Zelenskinin dedikləri Rusiya Dövlət Dumasının Krım vilayətindən olan deputatı Mixail Şeremet tərəfindən məsxərəyə qoyulub.
Rusiyalı deputatın dediyinə görə, guya o Ukrayna prezidentinin arzusunu məmnuniyyətlə yerinə yetirib onu Krıma “apara bilər”, amma... çəltik vaqonunda.
Qeyd edək ki, artıq neçə müddətdən bəridir ki, Rusiya Ukraynadan təhlükəsizlik zəmanəti istəyir. Əslində bu, Şeremetin çəltik vaqonunda Krıma aparacağı Zelenckinin dediyi kimi, Rusiya təcavüzünün uğursuzluğunu göstərir.
Amma belə görünür ki, rusiyalı deputat bunu hələ qavramayıb.
Onun dediyinə görə, “...əgər Zelenski xaricə qaçmağa vaxt tapmasa, o, həqiqətən də Krıma gələ biləcək, ancaq hərbi cinayətkarların daşınması üçün nəzərdə tutulmuş maşınla”-deyən Şeremet “yüksək intelektual bir tərzdə” “çəltik vaqonunun pəncərəsindən Ukrayna lideri “Krımı, dənizi və Krım körpüsünü görə biləcək”-deyə əlavə də edib.
Yeri gəlmişkən, Rusiya Dumasındakı digər deputatların Şeremetin dediklərinə hansı reaksiya, yəni çəpik çalıb və ya sakit qarşıladıqları barədə məlumatsız olsam da, amma sonradan Krım parlamentinin vitse-spikeri Alla Ponomarenko Zelenskinin yarımadada gözlənilmədiyi üçün onun bu arzusunun “ürəyində qalacağını” deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB