"Türkiyə İsraillə münasibətlərin normallaşdırılmasını davam etdirəcək" - ƏRDOĞAN
"Türkiyə İsraillə münasibətlərin normallaşdırılması prosesini bu ölkədəki seçkilərin nəticəsindən asılı olmayaraq davam etdirəcək". SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “A-Haber” kanalına müsahibəsində deyib.
O qeyd edib ki, Türkiyə və İsrail normallaşma prosesini hər iki ölkənin həssas yanaşdıqları məsələlərə hörmət edərək davam etdirir.
Ərdoğan, Ankara və Təl-Əviv arasında yenidən səfirlərin təyin olunmasına dair razılığın əldə olunduğunu da xatırladıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB