ABŞ-ın Oklahoma ştatının Tulsa şəhərində 101 il əvvəl qurban kəsilən qaradərililərə aid 21 yeni məzarın tapıldığı bildirilib. SİA xəbər verir ki, 101 illik qırğında izlər bir-bir üzə çıxır. Arxeoloq Kari Stakelbek video paylaşımında Tulsa şəhəri yaxınlığındakı Oaklavn qəbiristanlığında 1921-ci ildə irqçi qırğın qurbanlarına aid 21 yeni cəsədin tapıldığını bildirib. Həftə sonu izlərinə çatan və qazıntıları dünən tamamlanan qalıqlardan 19-nun böyüklərə, 2-nin isə uşaqlara aid olduğu paylaşılıb.
Tabutlardakı cəsədlərin qalıqlarının 1921-ci ildə öldürülənlərin düz tabutlarda dəfn edilən kişilər olduğu xəbərləri ilə uyğun olub-olmadığını yoxlamaq üçün ayrıca ekspertiza aparılacağı bildirilib. Tulsa Bələdiyyəsi tərəfindən verilən açıqlamada tabutların növü və qurbanların cinsi haqqında hələ dəqiq məlumat olmadığı qeyd edildi. İşlər tamamlandıqdan sonra cəsədlərin Oaklavnda başqa yerdə basdırılacağı, mərasim zamanı bir qrup insanın etiraz aksiyası keçirəcəyi paylaşılıb. Qalıqların tapıldığı ərazidə qazıntılar davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB