Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibini vəzifəsindən azad etdi

Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibini vəzifəsindən azad etdi

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Apta Alaudinovu Çeçenistan Respublikasının İqtisadi və İctimai Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edib. “Alaudinov Aptı Aronoviç 2022-ci il oktyabrın 31-dən öz təşəbbüsü ilə Çeçenistan Respublikasının İqtisadi və İctimai Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilsin”, – sərəncamda bildirilib. SİA TASS-a istinadən xəbər verir ki, eyni zamanda, Alaudinov respublika rəhbərinin güc bölməsi üzrə köməkçisi və Ukraynadakı hərbi əməliyyatda iştirak edən “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri vəzifələrinin icrasını davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə