Lissabonda 2023-cü ilin dövlət büdcəsində təhsil sektoruna kifayət qədər vəsait ayrılmamasına görə ümummilli müəllimlər tətili keçirilir. SİA xəbər verir ki, tətil pedaqoji karyerin dəyərinin artırılması, qeyri-sabitliklə mübarizə və sektorun gəncləşdirilməsinə kömək göstərilməsini tələb edən 7 həmkarlar təşkilatının çağırışı ilə təşkil olunub. 2023-ci ilin dövlət büdcəsi əsas və orta təhsil məktəblərinin idarə olunmasına 6,9 milyard avronun yönləndirilməsini nəzərdə tutur. Lakin müəllimləri təmsil edən peşəkar strukturların fikrincə, bu məbləğ kifayət etmir və təhsil sahəsində mövcud problemləri həll etməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB