Şolz Rusiya ilə bağlı Çinə ümid edir

Çin Ukrayna ətrafında yaranmış vəziyyətdə Rusiya Federasiyasına təsir göstərəcək?
Şolz Rusiya ilə bağlı Çinə ümid edir

Almaniya kansleri Olaf Şolz BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvü kimi Çinin Ukrayna ətrafındakı vəziyyətə görə Rusiyaya təsir edəcəyini gözləyir. SİA xəbər verir ki, bu barədə alman nəşri məlumat yayıb.

Təkcə Çin deyil, bütün dünyanın dəyişdiyini deyən Şolz Rusiya ilə Ukrayna arasındakı münaqişənin beynəlxalq dünya nizamını və təhlükəsizlik sistemini şübhə altına aldığını da gizlətməyib.

Maraqlıdır ki, Moskvanın guya nüvə silahının istifadədən qorxmadığını deyən alman kanslerin fikrincə, bu, “beləliklə, bütün bəşəriyyətə təsir edəcək qırmızı xətti keçmək təhlükəsi yaradır”.

“Hətta ilin əvvəlində Çin BMT Təhlükəsizlik Şurasının digər daimi üzvləri ilə bəyanatlarından birində nüvə silahından istifadə və ya istifadə təhdidlərinə qarşı açıq mövqe tutmuşdu. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çinin üzərinə xüsusi məsuliyyət düşür. Pekinin Moskvaya açıq-aydın sözləri BMT Nizamnaməsi və onun prinsiplərini qorumaq üçün vacibdir”,-deyə Olaf Şolz bildirib.

Yeri gəlmişkən, noyabrın 4-də Çinə səfər edəcək Şolzun Çin prezidenti Si Tsinpinlə görüşü gözlənilir.

Qeyd edək ki, bu Şolzun ​​kansler vəzifəsinə gəldikdən sonra Çin lideri ilə ilk üz-üzə görüşü olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə