ABŞ Asiyada yeni bir müharibə aça bilər

ABŞ Asiyada yeni bir müharibə aça bilər

Şimali və Cənubi Koreyadan ballistik raket buraxılışları genişmiqyaslı müharibəyə səbəb olmayacaq, lakin ABŞ münaqişəni ortaya çıxara biləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri Sankt-Peterburqdakı Uzaq Şərqin Öyrənilməsi Mərkəzinin rəhbəri Kirill Kotkov deyib.

“Başa düşdüyümə görə, bu cür hadisələr hələ də baş verəcək, amma müharibənin olub-olmaması üçüncü tərəfdən, yəni ABŞ-dan asılıdır. Amerikalılar, əlbəttə ki, müxtəlif təxribatların böyük ustasıdırlar”.

Bunu rusiyalı şərqşünas bildirib.

Hər iki ölkənin məhdud suverenliyi olduğunu deyən Kotkov, Şimali Koreyanın Çindən, Cənubi Koreyanın isə ABŞ-dan asılı olduğunu xatırladır.

Yarımadadakı müharibə isə heç bir tərəfə sərfəli deyil, çünki bundan həm KXDR, həm də Koreya Respublikası zərər görəcək. Qeyd edək ki, noyabrın 2-nə keçən gecə Şimali Koreya Yapon dənizinə doğru ən azı on müxtəlif tipli raket atıb. Cənubi Koreya qonşularının təxribatına cavab olaraq KXDR ilə Şimal sərhəd xəttinə doğru açıq dənizə ballistik raket atıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə