Xersondakı ruslara araq içmək qadağan edilib

Xersondakı ruslara araq içmək qadağan edilib

SİA-nın Ukrayna saytlarında əldə etdiyi məlumata Xerson vilayətinin işğal olunmuş hissəsində rus hərbçiləri üçün “quru qanun” tətbiq edilib.

Qeyd edək ki, Rusiya mətbuatı bölgədəki işğalçı hakimiyyətin yaydığı sənədi də dərc edib.

Sənəddə bildirilir ki, noyabrın 2-dən etibarən “Xerson vilayətinin Novokaxovsk şəhər dairəsi ərazisində hərbçilərə spirtli içkilərin satışı qadağandır”.

Bundan əlavə, şəhərdə kafe, bar, mağaza və ərzaq köşklərinin saat 19:00-dan sonra işləməsi də qadağan edilib. Onu da qeyd edək ki, oxşar qadağa daha əvvəl Zaporojye vilayətinin işğal olunmuş hissəsində də tətbiq edilmişdi.

Bu arada Ukrayna komandanlığının məlumatına görə, guya Rusiya artilleriyası Xersondan geri çəkməyə hazırlaşır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə