Türkiyə ilə İndoneziya arasında müqavilələr imzalanıb

...kosmos və aviasiya sahəsində
Türkiyə ilə İndoneziya arasında müqavilələr imzalanıb

Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi rəhbəri İsmail Dəmir İndoneziya ilə kosmos və aviasiya sahəsində müqavilələr imzalandığını bildirib.

İsmail Dəmir İndoneziyanın paytaxtı Cakartada keçirilən "Indo Defence Expo & Forum 2022" sərgisində iştirak edib.

İ.Dəmir İndoneziyanın müdafiə naziri Prabowo Subiantoya türk firmalarının stendlərini gəzib və məhsullar haqqında məlumat verib. Dəmir və Subianto türk şirkətlərinin İndoneziyada həyata keçirdikləri müxtəlif layihələrin imzalanma mərasimlərinin şahidi olublar.

Dəmir mətbuata açıqlamasında 30-dan çox şirkətin iştirak etdiyi yarmarkada ən əhatəli iştirak edən ölkənin Türkiyə olduğunu bildirib.

Dəmir İndoneziya ilə kosmos və aviasiya sahəsində struktur araşdırmalar, idarəetmə gəmisi layihəsi, raketlər və döyüş idarəetmə sistemi ilə bağlı müqavilələr imzalandığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə