Qətər Avropa İttifaqının qaz qiymətlərinə tavan tətbiq etməsi ideyasına qəti şəkildə qarşı çıxıb. Avropa rəqabətin belə pozulmasına yol verərsə, o, asanlıqla avropalı istehlakçılarla vidalaşmağa hazırdır. Beləliklə, qiymət tavanını qəbul etmək şansları getdikcə aşağı düşür.
Maraqlıdır ki, ruslar bunu Qətərin “Qazprom”a canfəşanlıqla kömək etməsi kimi qəbul edirlər, amma əslində isə...
SİA xəbər verir ki, Qətərin energetika naziri Saad Əl-Kaabi “Bloomberg-TV”-yə müsahibəsində bildirib ki, Qətər Avropa İttifaqı ölkələri Rusiya yanacağına tavan qiymət tətbiq etsə, Avropaya qaz tədarükünü dayandıracaq.
“Bazarlara müdaxilə rəqabət qaydalarını pozar və qaz hasilatına investisiya qoyuluşunu təhlükə altına qoyar. Sərbəst bazar həmişə ən yaxşı həll yoludur”. Əl-Kaabinin mövqeyidir.
Qeyd edək ki, oktyabrın əvvəlində Qətər regionun digər enerji mənbələri ilə bağlı çətinliklər yaşamaqda davam edəcəyi təqdirdə, sabit əsasda Avropaya 12-15 milyon ton təbii qaz tədarük edəcəyinə söz vermişdi.
Bununla belə, Dohanın qaz həcmləri ilə istədiyini etmək hüququ var. Bunu da Əl-Kaabi deyib.
Ölkənin energetika naziri onu da vurğulayıb ki, “nə vaxt sapmaq bizim üçün uyğundursa, biz bunu edəcəyik”.
Xatırladaq ki, hazırda Qətərin 77 milyon ton qazı mayeləşdirmək gücü var. Ötən il Qətər bunun 75 faizini Asiyaya çatdırılıb, 15 faiz isə Avropaya göndərilib. Avropa ötən il təxminən 17 milyon ton Qətər qazı alıb ki, bu da 23 milyard kubmetrdir.
Yeri gəlmişkən, Qətər Avropa bazarına LNG tədarükünə görə ABŞ və Avstraliyadan sonra ikinci və ya üçüncü yeri tutur.
“Qətər bilir ki, qısa müddətdə LNG bazarı satıcı bazarı olacaq və burada satıcı öz şərtlərini diktə edəcək. Çünki ən azı yaxın üç-dörd il ərzində LNG-yə tələb təklifi üstələyəcək. Ona görə də Qətər özü üçün ən əlverişli şərtləri, o cümlədən uzunmüddətli müqavilələri tələb edir. Bu yay Almaniya kansleri Qətərə səfər edib, lakin heç bir ciddi razılaşma əldə olunmayıb. Dohanın sərt şərtləri Almaniyanın xoşuna gəlmədi”.
Bunu Rusiya Energetika və Maliyyə İnstitutunun energetika üzrə direktoru Aleksey Qromov deyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB