Danimarkanın dəniz konteyner daşıyıcısı “Maersk” Rusiyadakı törəmə şirkəti “Maersk” MMC-ni ləğv edir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, belə bir mesaj “Fedresurs”da dərc olunub.
“Maersk”nın yeganə iştirakçısı MMC-nin ləğvi və ləğvetmə komissiyasının təyin edilməsi barədə qərar qəbul edib”, - bildirişdə deyilir.
Qeyd edək ki, “Maersk” MMC-nin təsisçisi Danimarkanın “Maersk Line Agency Holding A/S” şirkətidir. Nümayəndəlik 2014-cü ildə Sankt-Peterburqda qeydiyyatdan keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB