Ağ Evin böyük müşaviri və ABŞ prezidentinin köməkçisi Anita Dann, Cozef Baydenin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib.
“Biz bu məsələdə prezident haqqında əvvəlcədən mühakimə yürütmək fikrində deyilik. Lakin o, namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. Biz bununla bağlı bəzi planlaşdırma işləri aparırıq”. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Anita Dann bildirib.
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Xatırladaq ki, Bayden daha əvvəl 2024-cü ildə keçiriləcək seçkilərdə prezidentlik uğrunda mübarizədə iştirak etmək niyyətinin olduğunu, lakin bu məsələ ilə bağlı hələlik yekun qərar vermədiyini bildirmişdi.
Bundan əvvəl ABŞ-da Konqres seçkilərinə iki həftə qalmış Baydenin reytinqinin 40 faizə qədər aşağı düşdüyü bildirilirdi. Bunu “Gallup” sosioloji xidmətinin yaydığı ictimai rəy sorğusunun nəticələri sübut edir.
Belə ki, “Gallup”un məlumatına görə, ABŞ prezidentinin fəaliyyətini bəyənmənin maksimal səviyyəsi avqustda 44 faiz, minimum isə 38 faiz iyulda qeydə alınıb. Bu ilin əvvəlindən qalan aylarda Baydenin reytinqi 40 faizdən 42 faizə qədər diapazonda olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB