Ticarət naziri Mehmet Muş oktyabr ayına dair məlumat paylaşıb

Ticarət naziri Mehmet Muş oktyabr ayına dair məlumat paylaşıb

Türkiyənin oktyabr ayında ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artaraq 21,3 milyard dollar təşkil edib.

SİA xəbər verir ki, ticarət naziri Mehmet Muş İstanbulda Türkiye İxracatçılar Məclisində 2022-ci ilin oktyabr ayı xarici ticarət məlumatlarını açıqlayıb.

Ticarət naziri Muş "Oktyabr ayında ixracatımız keçən ilin eyni ayı ilə müqayisədə 3 faiz artaraq 21,3 milyard dollar təşkil edib” deyib.

Ticarət naziri onu da əlavə edib ki, Ukrayna-Rusiya müharibəsi və 24 fevralda başlayan enerji böhranı kimi yeni problemlərə baxmayaraq, iqtisadiyyatdakı bu güclü təkan 2022-ci ildə də davam edir və bu ilin birinci yarısında orta hesabla 7,5 faiz artım qeydə alınıb. Həm də artımın təxminən yarısı ixraca əsaslanır və beləliklə, ixrac artımın lokomotivi olmaqda davam edir. Bütün mənfiliklərə baxmayaraq, 2021-ci ildə 57 faiz artımla 55,6 milyard dollar olan xidmət ixracı cari ilin 8 ayında 66 faiz artaraq 52,5 milyard dollara çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə