Mərakeş kralı VI Məhəmməd 2021-ci il avqustun 24-dən diplomatik əlaqələri kəsilən Əlcəzair prezidenti Əbdülməcid Tebbunu dialoq üçün ölkəsinə dəvət edib.
SİA-nın əldə etdiyi məlumata görə, Mərakeşin xarici işlər naziri Nasser Burita Fransanın AFP xəbər agentliyinə bildirib ki, Kral VI Məhəmməd Əlcəzairdə keçirilən Ərəb Liqasının 31-ci Sammitində iştirak etməyib, Əlcəzair prezidentini Mərakeşə çağırıb.
24 avqust 2021-ci ildə Əlcəzair Mərakeşin düşmən münasibətini əsas gətirərək Rabatla diplomatik əlaqələrin birtərəfli dayandırıldığını elan etmişdi.
Mərakeş xarici işlər naziri N.Burita 2022-ci il oktyabrın 31-də Səudiyyə Ərəbistanının "Al-Arabiya" televiziyasına verdiyi açıqlamada Kral VI Məhəmmədin Əlcəzairdə keçiriləcək sammitdə iştirak etməyəcəyinə baxmayaraq, Mərakeş nümayəndə heyətinə konstruktiv işləməyi tapşırdığını bildirib.
Noyabrın 1-də “Al-Arabiya” telekanalındakı çıxışında Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra isə bir müddətdir münasibətləri pozan iki ölkə başçılarının bir araya gəlməsi fürsətinin Mərakeş kralının Əlcəzairdə Ərəb Liqasının Sammitinə qatılmaması ilə əldən çıxdığını söyləmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB