Moskva Qərbə siqnal verir?

Bu arada Planet Laboratoriyasının peyk görüntüləri Minskin cənubundakı Maçulişçi aviabazasında hipersəsli “Xəncər"lərlə silahlanmış Rusiyanın MiQ-31K təyyarələrini aşkar edib.

Norveçin “Faktisk” nəşrinin məlumatına görə, şəkillər oktyabrın 31-i, bazar ertəsi səhər saatlarında çəkilib. Bir şəkildə üç təyyarə və “Xəncərlər” olan bir raket sistemi göstərilir.

Oktyabrın 18-də çəkilmiş şəkillərdə də eyni təyyarələri görmək olar.

Təyyarələrin yanında rusların raket daşımaq üçün istifadə etdiyi konteynerin olduğu da bildirilir.

Yeri gəlmişkən, Britaniya kəşfiyyatı bu səhər MiQ-31K-nın ötürülməsi barədə yazıb. Fotoda “Xəncər”lər olan konteyner də diqqət çəkib.

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya Federasiyası Ukraynaya qarşı müharibədə “Xəncər” raketlərindən istifadə edib, lakin bu raketlərin ehtiyatları yəqin ki, çox məhduddur. 2000 km məsafəyə malik olduğuna görə “Xəncər”lərin Belarusda yerləşdirilməsi Ukraynaya qarşı müharibədə Rusiya Federasiyasına çox az üstünlük verir.

Analitiklərə görə, çox güman ki, Moskva bu raketləri Qərbə siqnal vermək və Belarusu müharibədə şərik kimi göstərmək üçün “nümayiş etdirir?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə