Böyük Britaniyanın baş naziri Rişi Sunakın ölkədə hidravlik qırılma üsulu ilə karbohidrogen hasilatına qadağa qoyması krallığın enerji təhlükəsizliyinə təhdid və “Vladimir Putinə hədiyyədir”.
SİA xəbər verir ki, yeni baş nazirin “əməlini” bu cür dəyərləndiriblər.
Sunakın hidravlik qırılma qadağası Vladimir Putinə hədiyyədir və Britaniya istehlakçıları və sənayesi üçün fəlakətdir. Həqiqətən də, Sunak yüksək enerji qiymətləri və idxaldan asılılıqla Britaniyanı onilliklər boyu məhv edir.
Qeyd edək ki, sentyabrın 22-də Böyük Britaniya hidravlik qırılmalara qoyulan moratoriumu rəsmən ləğv etdi. Bu barədə Britaniyanın keçmiş baş naziri Lizz Trass vəzifəyə gəldikdən bir neçə gün sonra məlumat verdi.
Deyim ki, belə bir qərar krallığın enerji təhlükəsizliyini gücləndirmək məqsədilə qəbul edilmişdi.
Sonra Trass Böyük Britaniyada bütün mövcud enerji mənbələrindən istifadə etməli olduğunu qeyd etdi.
Amma oktyabrın 25-də krallığın enerji inkişafı ilə bağlı fərqli baxışları olan Rişi Sunak Trassun istefasından sonra Britaniyanın yeni baş naziri kimi hidravlik sındırma yolu ilə karbohidrogen hasilatına qoyulmuş moratoriyi qaytarmaq niyyətində olduğunu bəyan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB