Zelenski Krıma istirahətə getmək istəyir

Zelenski Krıma istirahətə getmək istəyir

Ukrayna prezidenti Vladimir Zelenski Krıma istirahətə getməyi planlaşdırdığını etiraf edib. Çexiya televiziyasına verdiyi müsahibədə o, həqiqətən dənizi görmək istədiyini dilə gətirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, televiziya əməkdaşı siyasətçinin yarımadaya nə vaxt səfər etmək istədiyini dəqiqləşdirməyə də çalışıb. Zelenski xüsusi əməliyyatın bitməsini gözlədiyini və əməliyyat bitən kimi məzuniyyətə gedəcəyini deyib: “Hava isti olanda ora gedəcəm”

Xatırladaq ki, bir müddət bundan əvvəl verdiyi müsahibədə Zelenski güclü təhlükəsizlik sisteminin olmamasını Ukraynanın əsas səhvi adlandırmışdı. Onun sözlərinə görə, ölkənin müstəqilliyinin bütün 30 ilində heç bir lider Ukrayna xalqının təhlükəsizliyinə zəmanət verəcək sistem qurmağa cəhd etməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə