Rusiyalı ombudsman ruslarla evli olan miqrantları müdafiə edib

Rusiyalı ombudsman ruslarla evli olan miqrantları müdafiə edib

Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova rusiyalı qadınlarla evlənən miqrantları xırda qanun pozuntularına görə ölkədən deportasiya edilməməsini xahiş edib.

SİA xəbər verir ki, rusiyalı ombudsman bu gün Rusiyada ailə qurmuş miqrantların tez-tez deportasiyaya məruz qaldıqlarını xatırladıb.

Qeyd edək ki, Rusiyada İnzibati Xətalar Məcəlləsində çox sərt şəkildə sual qoyulub ki, iki dəfə inzibati xəta törətmiş şəxs inzibati qaydada cərimə edilir və ölkədən çıxarılır.

Hazırda Moskalkova bu qanunvericidən alternativ təklif etməyi xahiş edəcəyini bildirib.

Ombudsman bu gün miqranta ərə gedən rusiyalı qadınlardan məktublar aaldığını bildirib. Onların əksəriyyəti ailələrini xilas etmək üçün müraciət edənlərdir.

Moskalkovanın dediyinə görə, hazırda xarici miqrantlara ərə gedən rus qadınların sayı hələ dəqiqləşməyib. Amma ehtimallara görə onların sayı çoxdur.

Əsasən Orta Asiyanın minlərlə yerli sakininin rus qadınlarla evləndiyini deyən Moskalkova nümunə üçün nümunə də göstərib.

Belə ki, Moskva Müsəlmanları Ruhani İdarəsi hər il yüzlərlə miqrantın Moskva Katedral Məscidində yerli qadınlarla dini nikah bağladıqlarını bildirib.

Təbii ki, bu hələ üzdə olanıdır.

Yeri gəlmişkən son aylar Rusiya Federasiyasında işləyən miqrantlar üzərində yoxlamalar intensivləşib və deportasiya halları tez-tez baş verib. Xatırlada ki, keçən ay Rusiya hakimiyyəti miqrasiya siyasətində dəyişiklikləri açıqladı. Qeyd edək ki, yeniliklərin təfərrüatları hələ dərc edilməsə də, amma ekspertlər əmindirlər ki, bu ölkədə miqrasiya siyasəti miqrantlar üçün daha sərtliyə doğru dəyişəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə